Türkiyə və Azərbaycan vahid komanda kimi hərəkət edir

Türkiyə və Azərbaycan vahid komanda kimi hərəkət edir

Türkiyə qlobal səviyyədə güclü dövlətdir və əlbəttə ki, bizim keçən il Türkiyə ilə imzaladığımız müttəfiqlik haqqında bəyannamə regional sabitlik üçün çox əhəmiyyətli amildir.
 
Aktual.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İtaliyanın "İl Sole 24 Ore” qəzetinə müsahibəsində bildirib.
 
Dövlətimizin başçısı deyib ki, Türkiyənin Azərbaycana həm siyasi, həm də mənəvi dəstək göstərdiyi İkinci Qarabağ müharibəsi bitəndən sonra bizim münasibətlərimiz daha da gücləndi.
 
"Türkiyə və Azərbaycan regionda bir çox məsələlərlə bağlı demək olar ki, vahid komanda kimi hərəkət edir. Bu da hamı tərəfindən nəzərə alınmalıdır”, - deyə Azərbaycan Prezidenti qeyd edib.


Xəbər 249 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR