Türkiyə və ABŞ İŞİD-ə qarşı birləşir

Türkiyə və ABŞ İŞİD-ə qarşı birləşir
  • DÜNYA

“Türkiyə və ABŞ İŞİD-i bitirmək üçün böyük bir əməliyyat planı hazırlayıb”.


Aktual.az-ın məlumatına görə, bu barədə Türkiyənin “Yeni Şəfəq” qəzetinin yazarı Abdulkadir Selvi hökumətdəki mənbələrə istinadən bildirib.

O, qeyd edib ki, artıq Türkiyə İŞİD-ə qarşı əməliyyatlarda aktiv rol alacaq.

A. Selvi əməliyyatın detalları barədə də yazıb: “Bu dəfə əməliyyatlar fərqli olacaq. Türkiyə və ABŞ İŞİD-ə qarşı ortaq əməliyyat həyata keçirəcək. Biz və ABŞ havadan İŞİD hədəflərini vuracağıq. Qurudan isə Azad Suriya Ordusu ərəb və türkmən qüvvələri ilə birgə hərəkət edəcək”.

Onun sözlərinə Türkiyənin əməliyyatlarda iştirak etməsinin iki hədəfi var: “Birinci hədəf İŞİD-in bölgədən vurulub çıxarılmasıdır. İkinci hədəf isə İŞİD-dən boşalan və Türkiyə üçün strateji əhəmiyyəti olan bölgəyə PYD-nin girməsinin qarşısını almaqdır”.

Xəbər 302 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR