"Türkiyə Ukraynada kömür mədənləri almaq niyyətindədir".
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin "Enerjigunlugu" qəzeti yazıb.
Həmçinin Türkiyənin bu il Ukraynada qaz anbarı da icarəyə götürəcəyi gözlənilir.
Xatırladaq ki, Ukrayna hökuməti bir müddət öncə kömür sənayesi sahəsində islahatların aparılması haqqında qərar qəbul etmişdi. Qərara əsasən, 10 müəssisə bağlanmalı, qalan 24 müəssisə isə özəlləşdirilməlidir.