Türkiyə tarixində ən böyük narkotik əməliyyatı

Türkiyə tarixində ən böyük narkotik əməliyyatı
  • DÜNYA

Türkiyənin Hatay bölgəsində iki ayrı yerdə keçirilən əməliyyat nəticəsində 10 milyon 926 min ədəd narkotik həb aşkarlanaraq götürülüb.


Aktual.az Report-a istinadən xəbər verir ki, bu haqda Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu, ölkə tarixində keçirilən ən böyük narkotik həb əməliyyatı sayılır.
Xəbərdə bildirilib ki, əməliyyat zamanı xüsusi təlim keçmiş itlərdən də istifadə edilib.
Suriyada istehsal edilən narkotik həblər qaçaq yolla Türkiyəyə gətirilib. Qaçaqçıların məqsədi narkotik maddələri Türkiyədən dəniz yolu ilə Körfəz dövlətlərinə aparmaq olub.
Həblər 1300 boş maşın yağı süzgəcinə qablaşdırılıb. Narkotik qaçaqmalçılığına görə 3 nəfər saxlanılıb. Onlardan ikisi Türkiyə vətəndaşı, biri isə suriyalıdır.

Xəbər 309 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR