Türkiyə Əhməd Əş-Şaraya dəstək üçün Suriyaya hərbi texnika, o cümlədən pilotsuz təyyarələr, raketlər və hava hücumundan müdafiə sistemləri göndərməyi planlaşdırır.
Aktual.az xəbər verir ki, bu barədə "Bloomberq” məlumat yayıb.
Məlumata görə, Ankara həmçinin Suriya Demokratik Qüvvələrinin nəzarətində olan ərazilərə diqqət yetirərək, sərhədyanı təhlükəsizlik dəhlizini 5 kilometrdən 30 kilometrə qədər genişləndirməyə çalışır.
Qeyd edək ki, silahlar İsraillə gərginlikdən yayınmaq üçün ilk növbədə Suriyanın şimalında yerləşdiriləcək.
Xəbər 40 dəfə oxunub.