Türkiyə şirkətləri üçün Rusiyada bu fəaliyyət sahələri qadağan olundu

Türkiyə şirkətləri üçün Rusiyada bu fəaliyyət sahələri qadağan olundu
  • DÜNYA

Rusiyanın baş naziri Dmitri Medvedyev Türkiyə şirkətləri üçün Rusiya ərazisində qadağan olunmuş fəaliyyət sahələrinin siyahısı barədə qərar imzalayıb.

Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, siyahıya tikinti, memarlıq, mühəndis-texniki layihələndirmə, tədqiqat, turagentliklər, mehmanxana, dövlət qurumları və bələdiyyələrin ehtiyaclarının qarşılanması, ağac emalı kimi fəaliyyət sahələri daxil edilib.

Qadağalar qərarın qüvvəyə minməsinə qədər Türkiyə ilə imzalanmış müqavilələrə şamil olunmur.

Xatırladaq ki, Rusiya 2016-cı ilin yanvarında başlayaraq Türkiyədən bir sıra ərzaq məhsulların idxalını dayandırıb, Türkiyə ilə çarter reyslərini təxirə salıb.

Xəbər 371 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR