Türkiyə Silahlı Qüvvələrinə məxsus texnika Suriya ilə sərhəddə yerləşən Karkamış sərhəd-buraxılış məntəqəsi ətrafına döşənən minaları təmizləmək üçün qonşu dövlətin ərazisinə keçib.
Aktual.az report-a istinadən bildirir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinə məxsus mina axtaran texnika yanvarın 19-da Türkiyənin Gaziantep əyalətinin Karkamış rayonuna, sərhəd xəttinə göndərilib. Bu texnika İŞİD-in nəzarəti altında olan Hələbin Cerablus rayonundakı sərhəddə döşənən minaları təmizləyəcək.
Qeyd edək ki, Suriyanın Cerablus rayonu Türkiyə ilə sərhəddə yerləşir.