Şənbə günü gecə Türkiyədə hərbi çevriliş cəhdi olub. Nəticədə 60 nəfər ölüb, 1374 nəfər Türkiyə Silahlı Qüvvələri mənsubu həbs edilib, 5-i general, 29-u polkovnik olmaqla 34 nəfər vəzifəsindən uzaqlaşdırılıb.
Aktual.az Milli.Az-a istinadən bildirir ki, İstanbuldakı Atatürk hava limanına hücum edən tankların qarşısını alan türkün fotoları dünyaya yayılıb. O, təkbaşına tankların qarşısını kəsməyə çalışıb.