"Yekun hesabatda Avropa Parlamentinin 2015-ci il aprelin 15-də 1915-ci il hadisələrinə dair qəbul etdiyi qərara, Kürdüstan İşçi Partiyasının Avropa İttifaqının terrorçu təşkilatlar siyahısından çıxarılmasına, Aİ-yə üzv olanadək Türkiyəyə maliyyə yardımının dayandırılmasına çağırış olarsa, yaxud quruma üzvlüklə bağlı danışıqlarda yeni bölmələr açılarsa, o zaman bu sənəd rəsmi Ankara üçün qəbuledilməzdir".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Türkiyənin Avropa İttifaqı məsələləri üzrə naziri Volkan Bozkırın Avroparlamentin başçısı Martin Şults, Aİ-nin təhlükəsizlik və xarici siyasət üzrə komissarı Federika Mogerini, qonşuluq və genişlənmə üzrə avrokomissar Yohannes Han, eləcə də avroparlamentdəki fraksiyaların başçılarına göndərdiyi məktubda bildirilib.
Volkan Bozkır qeyd edib ki, hesabat Kipr probleminin tənzimlənməsinə mənfi təsir edəcək, birtərəfli xarakterli olmamalıdır. Nazirin məktubuna əsasən, rəsmi Ankara bu ilin iyununda dərc olunacaq hesabatın hazırlanmasını diqqətlə izləyir.
Məlumatda bildirlib ki, Aİ-nin Türkiyə qarşısında irəli sürdüyü şərtlərin 35 texniki maddəsindən 14-nü tərəflər razılaşdırıb.
Qeyd edək ki, Aİ ilə Türkiyə arasında assosiasiya haqqında razılaşma 1963-cü ildə imzalanıb. Rəsmi Ankara quruma üzvlük haqda ərizəni 1987-ci ildə təqdim edib. 2005-ci ildən isə bu istiqamətdə danışıqlar başlayıb.
Aktual.az