Suriyadan olan ən azı 13 qaçqın, o cümlədən də 4 uşaq çərşənbə axşamı Egey dənizinin Türkiyə sahillərində qayığın qəzaya uğraması nəticəsində həlak olublar. Bu barədə Dogan agentliyi məlumat yayıb.
Aktual.az oxu.az-a istinadən xəbər verir ki, suriyalı qaçqınları qeyri-qanuni olaraq Yunanıstanın Kos adasına daşıyan qayıq Türkiyənin cənub-qərbində yerləşən Muğla vilayətinin Datça şəhəri yaxınlığında batıb.
Onları xilas etmək üçün Türkiyənin sahil mühafizəsinin beş qayığı hadisə yerinə göndərilib. 205 nəfəri xilas etmək mümkün olub. Xilas etmə əməliyyatı davam edir.