Türkiyənin Çanaqqala vilayətinin sahillərində qeyri-qanuni olaraq Yunanıstana keçməyə cəhd edən 9 suriyalı mühacirin meyidi tapılıb.
Aktual.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, onlardan 5-i azyaşlı uşaqdır.
İlkin məlumata əsasən, həmin şəxslər bu gün səhər saatlarında batan, göyərtəsində 53 suriyalı mühacirin olduğu gəminin sərnişinləri olub.
Qeyd edək ki, hazırda Türkiyə ərazisində 2 milyondan çox suriyalı qaçqın var