Türkiyə rusları istirahətə dəvət etdi

Türkiyə rusları istirahətə dəvət etdi
  • DÜNYA

Türkiyənin mədəniyyət və turizm naziri Mahir Unal Moskva və Ankara arasında münasibətlərin pisləşməsinə baxmayaraq rusiyalı turistləri bundan sonra da ölkəsinə gəlməkdə davam etməyə çağırıb.

Aktual.az "Report"a istinadən xəbər verir ki, Unal rusları ölkəsinə şəxsən dəvət etmək istədiyini qeyd edib.
"Turizm sektoruna siyasətdən ayrı baxılmalıdır. Mən mədəniyyət və turizm naziri olaraq Rusiya vətəndaşlarına demək istərdim ki, Türkiyə sizin evinizdir. Siz əvvəllər olduğu kimi, burada təhlükəsiz tətil keçirə bilərsiniz", - deyə o bildirib.
Qeyd olunur ki, ötən il Türkiyəni 3 milyona yaxın rusiyalı turist ziyarət edib.

Xəbər 523 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR