“Rusiya tərəfindən cavab hələ alınmayıb”.
Ankara Rusiya nümayəndələrini hava məkanında baş vermiş hadisələrlə bağlı hərbi mütəxəssislərlə danışıqlara dəvət edib.
Bu barədə RİA “Novosti” Türkiyə XİN-nin mətbuat katibi Tanj Bilgiçə istinadən xəbər verir.
“Biz Rusiyaya hərbi heyət üçün Ankaraya səfərə dəvət göndərmişik. Rusiya tərəfindən cavab hələ alınmayıb”, - Bilgiç bildirib.
Rusiyanın Türkiyədəki səfirinə avia-hadisələrin qarşısını almaq üçün Rusiya-Türkiyə danışıqları keçirmək təklifi göndərilib.
Daha öncə Türkiyə XİN Rusiya səfirini Rusiya hərbi aviasiyası tərəfindən Türkiyənin hava məkanının pozulmasına etirazını bildirmək üçün çağırmışdı.\oxu.az