Türkiyə Rusiya vətəndaşlarını deportasiya etdi

Türkiyə Rusiya vətəndaşlarını deportasiya etdi
  • DÜNYA

Türkiyənin Suriya ilə həmsərhəd Hatay vilayəti ərazisində çəkiliş aparan 4 Rusiya vətəndaşı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hərbi zona sayılan ərazidə çəkiliş aparan şəxslər jurnalist olduqlarını bildirsələr də, onların üzərində bunu təsdiqləyən sənədlər olmayıb. Nəticədə lazımi prosedurlar həyata keçirildikdən sonra Rusiya vətəndaşları Türkiyədən deportasiya ediliblər.

Xatırladaq ki, dekabrın 7-də Hatay ərazisində Rusiyanın "Rossiya 1" telekanalının çəkiliş qrupu saxlanılıb və ölkədən qovulub.

Xəbər 385 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR