Türkiyənin kurortlarında görünməmiş seyrəklik müşahidə olunur.
Aktual.az Ölkə.Az-a istinadən xəbər verir ki, Antalya başda olmaqla Türkiyənin ən populyar kurortlarında ciddi turist qıtlığı müşahidə olunur.
Statistikaya görə, yalnız 2015-ci ilin yanvardan may ayına qədər olan dövründə Antalyaya 127 min Rusiya vətəndaşı turist gəlmişdi. Hazırda isə bu rəqəm 90% azalıb.
Xatırladırıq ki, 24 noyabr 2015-ci il tarixində Türkiyə-Suriya sərhədi yaxınlığında Rusiyaya aid Su-24 qırıcısının türk F-16-sı tərəfindən vurulması iki ölkə arasındakı əlaqələri qırılma həddinə gətirdi.