Türkiyə rus təyyarələrinə niyə qadağa qoydu?

Türkiyə rus təyyarələrinə niyə qadağa qoydu?
  • DÜNYA

Rusiya təyyarələrinin Türkiyə ərazisi üzərindən müşahidə uçuşunun ləğvi onun marşrutu ilə bağlı razılıq əldə oluna bilməməsi ilə bağlıdır.

Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tanju Bilgiçin bəyanatında deyilir.

"Müşahidə uçuşları tərəflərin uçuşun marşrutu üzrə razılıq əldə etməsindən sonra həyata keçirilir. Rusiya Federasiyasının 2-5 fevral 2016-cı il tarixlərində uçuşa qadağa qoyulması fonunda belə bir razılıq əldə olunmayıb. Buna görə də uçuş həyata keçirilməyib", - sənəddə qeyd olunur.

Xəbər 657 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR