Türkiyənin Hərbi Hava Qüvvələrinin 4 ədəd F16 hərbi təyyarəsi Suriya ilə sərhəddə "İslam dövləti"-nin mövqelərini bombalayıb.
Aktual.az xəbər verir ki, bir müddət əvvəl Suriya sərhədindən açılan atəş nəticəsində 1 türkiyəli hərbçi ölmüş, daha ikisi isə yaralanmışdı.
Türkiyə hərbçilərinə atəş "İslam dövləti"nin nəzarəti altında olan Suriya ərazisindən açılmışdı.