Bu gün Lozannada ABŞ dövlət katibi Con Kerri və İran XİN rəhbəri Məhəmməd Cavad Zərif arasında İranın nüvə proqramına dair növbəti danışıqlar raundu keçiriləcək.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, görüşdə tərəflər məsələ ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılmasına çalışacaqlar.
Martın əvvəlində İsveçrənin Montre şəhərində bundan əvvəl keçirilən danışıqlar raundunda əldə olunan irəliləyiş həlledici olmayıb.