Türkiyə Hərbi-Hava Qüvvələrinin F-16 qırıcılarının vurduqları Su-24 bombardmançısının pilotu, polkovnik-leytenant Oleq Peşkovun cəsədi Ankarada Rusiya diplomatlarına təhvil verilib.
Aktual.az Milli.Az-a istinadən bildirir ki, rusiyalı pilotun qalıqları Türkiyənin Hatay vilayətindən təyyarə ilə Ankaraya aparılmışdı.
Tabutu Rusiya səfirliyinin hərbi attaşesi müşayiət edib. Ankarada tabutu Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov və başqa rusiyalı diplomatlar qarşılayıblar.