Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Kahraman Azərbaycana səfər edəcək.
Aktual.az Report-a istinadən xəbər verir ki, səfər dekabrın 21-də baş tutacaq.
Səfər çərçivəsində İ.Kahraman Azərbaycan rəsmiləri, o cümlədən Milli Məclisin sədri Oqtay Əsədovla görüş keçirəcək. Görüşlərdə iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə ediləcək.