Türkiyə PA: "Təhlükə sovuşmayıb"

Türkiyə PA:

Türkiyədə hərbi çevrilişə cəhdin qarşısı alınıb, lakin hələ demək olmaz ki, təhlükə sovuşub.

Aktual.az  Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası bəyanat verib.

Administrasiyanın mətbuat katibi İbrahim Kalın insanları meydanları tərk etməməyə çağırıb.

Qeyd edək ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var.

Xəbər 288 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR