Türkiyə NATO-dan çıxmaq istəyir…

Türkiyə NATO-dan çıxmaq istəyir…

"Türkiyə NATO-dan çıxmaq istəyir, lakin bunun üçün real addımlar atılmalıdır”.

Aktual.az Elchi.az-a istinadən xəbər verir ki, bu sözləri RİA Novosti-yə (RİA.ru) müsahibəsində analitik, Türkiyənin Vətən Partiyasının Mərkəzi Qərar Qəbul Komitəsinin üzvü Orçun Göktürk deyib.
 
"Türkiyə öz dövləti və milləti ilə birlikdə NATO-dan çıxmaq istəyir, bilir ki, Qərb imperializmi onu hədəfə alır”, – deyə analitik bildirib.
Onun sözlərinə görə, bu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın alyans sammitindən sonra Qərbin Ukraynadakı uğursuz siyasəti ilə bağlı sözlərini izah edir.
 
Analitik əlavə edib ki, Ankara NATO-dan çıxmaq üçün hələ də real addımlar atmalıdır.
 
Göktürk qeyd edib ki, Türkiyə NATO üzvlərinin dövlət daxilindəki təsiri səbəbindən tarazlıq siyasətinə riayət etmək məcburiyyətindədir. Ekspertin fikrincə,
hazırda Türkiyədə milli dövlət tərəfdarları ilə ABŞ maraqlarının təmsilçiləri arasında nəzərəçarpacaq qarşıdurma var.
 
Xatırladaq ki, iyulun 12-də sammitdən sonra Ərdoğan bildirib ki, Qərb hər cür dəstəyə rəğmən Ukraynada gözlənilən nəticəni əldə etməyib. Üstəlik, son müttəfiq toplantısında yalnız Türkiyə lideri sülh çağırışı edib.
Xəbər 429 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR