Türkiyə Ukraynanın ərazi bötövlüyünü dəstəkləyir.
Aktual.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO XİN rəhbərlərinin toplantısından sonra mediaya brifinqdə deyib.
Fidan bildirib ki, Türkiyə müharibənin əvvəlindən etibarən bu münaqaişənin yalnız müzakirə yolu ilə həll ediləcəyini fikrini dəstəkləyib:
"Üstəlik, münaqişənin həlli üçün evsahibliyi edə biləcəyimizi ifadə etmişik".
Nazir Ukrayna Prezidenti Vladimir Zelenskinin və Rusiya nümayəndə heyətinin hazırda Ankarada olduğuna da toxunub:
"Sülh üçün lazımi iradənin, nəhayət, ortaya çıxdığı düşüncəsindəyik. Mən davamlı sülhə nail olunacağına inanıram".
Xəbər 281 dəfə oxunub.