Türkiyə MTŞ Rusiyaya qarşı cavab tədbirlərini nəzərdən keçirdi

Türkiyə MTŞ Rusiyaya qarşı cavab tədbirlərini nəzərdən keçirdi
  • DÜNYA

Dekabrın 18-də Ankarada Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclası keçirilib.


Aktual.az Apa-ya istinadən xəbər verir ki, “Anadolu” agentliyinin verdiyi məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə baş tutan iclas 6 saata yaxın davam edib.

Məlumata əsasən, hökumət üzvlərinin iştirakı ilə keçirilən tədbirdə daxili və xarici siyasətin aktual məsələləri müzakirə olunub.

Şura regional təhlükəsizlik baxımından İraqdakı vəziyyətin inkişafını müzakirə edib.

Milli Təhlükəsizlik Şurası həmçinin Türkiyənin qanuni özünümüdafiə hüququna qarşı Rusiyanın mövqeyini yolverilməz sayıb. İclasda Rusiyaya qarşı cavab tədbirləri detallı şəkildə nəzərdən keçirilib.

Xəbər 229 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR