Türkiyə millisinin baş məşqçisi: Tarixi nəticə əldə etdik

Türkiyə millisinin baş məşqçisi: Tarixi nəticə əldə etdik

Tarixi nəticə əldə etdik.
Aktual.az  xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella Avstriyaya qarşı AVRO-2024-ün 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis vacib görüşdə qələbə qazandıqlarını söyləyib: "Komanda ruhunu ilk dəqiqədən sona qədər hiss etdirdik. Futbolçularım adına çox şadam. İlk görüşlərdə komandanın müəyyən çatışmazlıqları var idi. Bu gün kollektivimiz çox böyük iş bacardı. Tarixi nəticə əldə etdik".
Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında Avstriyaya 2:1 hesabı ilə qalib gələn Türkiyə seçməsi 1/4 finalda Niderlanda rəqib olub.

Xəbər 85 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR