Türkiyə millisi baş məşqçisi Ştefan Kuntsla yollarını ayıra bilər.
Aktual.az verir ki, 61 yaşlı mütəxəssisin taleyi AVRO-2024-ün seçmə mərhələsində Latviya və Uels ilə oyunlardan asılı olacaq.
Bu iki qarşılaşmadan birində xal itiriləcəyi təqdirdə almaniyalı baş məşqçi istefaya göndəriləcək.
Qeyd edək ki, Ştefan Kunts 2021-ci ilin sentyabrından Türkiyə millisində işləyir. İyunun 16-da Latviyanın qonağı olacaq "ay-ulduzlular" üç gün sonra Uelsi qəbul edəcək. Komanda seçmə mərhələnin I turunda Ermənistanı 2:1 hesabı ilə məğlub edib, növbəti görüşdə Xorvatiyaya uduzub - 0:2. Yığma D qrupunda 3 xalla 3-cü pillədə qərarlaşıb.
Xəbər 173 dəfə oxunub.