“Bizim siyasətimiz məlumdur”.
Türkiyə Hərbi Hava Qüvvələri ölkənin hava məkanını pozan təyyarələri tərəddüd etmədən vuracaq.
Bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.
“Biz dünən pilotsuz uçan aparat vurduq. Təyyarə olsaydı da, eyni addımı atardıq”, deyə baş nazir qeyd edib.
“Bizim siyasətimiz məlumdur. Ölkəmizin hava məkanları pozulacağı təqdirdə, bizdən mütləq cavab addımı atılacaq”, - deyə Əhməd Davudoğlu vurğulayıb.
Qeyd edək ki, Türkiyə Hərbi Hava Qüvvələri ötən gün ölkənin hava məkanını pozan naməlum pilotsuz uçan aparatı məhv edib.\oxuaz
Aktual.az