Türkiyənin "Sivasspor" klubu 6 futbolçusu ilə yollarını ayırıb.
Aktual.az-ın "Report"a istinadən verdiyi məlumata görə, Batuhan Karadeniz, Ümit Kurt, Orhan Güllə, Hakan Özmert, Çağatay Çeken və Maykl Eneramo komandadan göndərilib.
Futbolçularla olan müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verilib. Klubun vitse-prezidenti Faruk Taşseten gedən oyunçuların yerinə 4-5 futbolçu alacaqlarını bildirib.