İsrail Türkiyəyə təbii qaz ixracı ilə bağlı təklif irəli sürüb.
Aktual.az-ın AzNews.az-a istinadən məlumatına görə, İsrailin baş naziri Benjamin Netanyahu Türkiyənin də razılaşacağı təqdirdə təbii qazın Türkiyəyə satışının mümkün ola biləcəyini deyib. Rəsmi Ankara isə bunun müqabilində İsrailə 3 şərt qoyub. Qeyd edib ki, onların İsrailə qoyduğu 3 şərtdən yalnız biri yerinə yetrilib, digər ikisi isə yerinə yetirilməyib. “Əgər şərtlər yerinə yetirilməsə İsraillə hər hansı əlaqədən danışmaq mümkün deyil. Mavi Mərmərə üçün üzr istəyiblər , lakin digər iki şərt, yəni Mavi Mərmərə üçün təzminat və Qəzzaya qoyulan embarqo qaldırılarsa hər hansı münasibətlərə başlamaq olar”-deyə, rəsmi açıqlamada bildirilib.