Türkiyə İraqdan qoşunlarının bir hissəsini çıxarır

Türkiyə İraqdan qoşunlarının bir hissəsini çıxarır
  • DÜNYA

Türkiyə İraqdan bu ölkənin ərazisində dislokasiya edilmiş tank batalyonunun bir hissəsini çıxarır.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə "Anadolu" agentliyi Türkiyə hərbi mənbələrinə istinadən xəbər verir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin tank batalyonu İraq hakimiyyəti ilə saziş çərçivəsində ölkənin Neynəva vilayətində dislokasiya edilib. Məqsəd İŞİD terror təşkilatının silahlıları ilə mübarizə aparmaq üçün kürd nizamlı silahlı dəstələrinə (peşmərgə) hazırlıq keçməkdir.

İraq hakimiyyəti daha əvvəl Türkiyə qoşunlarının ölkədən çıxarılmasını tələb etmişdi.

Xəbər 270 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR