Türkiyə və başqa iki ərəb ölkəsi Suriyada heç bir dəyişikliyin baş verməyəcəyini deyib, İranı aldatdılar.
Aktual.az xəbər verir ki, bunu SEPAH-ın Qüds qüvvələrinin keçmiş komandir müavini Məhəmmədrza Qulamrza deyib.
"Suriya ilə bağlı bu zəmanətlər iki ay əvvəl Tehrana verilib. Türkiyə bildirmişdi ki, biz sizə (İrana – red.) zəmanət veririk ki, hazırda bütün diqqətlər Qəzza və Livanadır və Suriyada heç nə baş verməyəcək”, - o bildirib.
Qeyd edək ki, İran rəhbəri Əli Xamenei dünənki çıxışnda bir neçə ay əvvəldən baş verənləri proqnozlaşdırdıqlarını və bununla bağlı Bəşər Əsəd hakimiyyətinə məlumatlar ötürdüklərini demişdi.
Xəbər 42 dəfə oxunub.