Türkiyə İrana uçuşların sayını artır

Türkiyə İrana uçuşların sayını artır
  • DÜNYA

İrana səfərlərimizin sayını artırmaq üçün tələbimizi şifahi şəkildə bu ölkənin İran Mülki Aviasiya Təşkilatına çatdırdıq.


Aktual.az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri şirkətin 300-cü təyyarəsinin alınması mərasimində jurnalistlərin suallarını cavablandıran "Türk Hava Yolları"nın (THY) baş direktoru Temel Kotil bildirib.

T.Kotil əlavə edib ki, məsələ ilə bağlı şirkət İran hökumətinin cavabını gözləyir.

"Hazırda İranın paytaxtı Tehrana gündə 6 səfər edirik. Biz 3 səfər daha artığını istədik. Bundan başqa, İranın 6 fərqli şəhərinə də gündə 1, ya da 2 dəfə səfər edirik. Bu istiqamətdə ucuşların sayını da artırmağı istədik", - deyə şirkətin baş direktoru jurnalistlərə bildirib.

Xəbər 279 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR