"Türkiyə ilə viza ləğv olunsun"


Türkiyə ilə Azərbaycan arasında viza rejiminin ləğv edilməsi təklif edilir.

Aktual.az Trend-ə istinadən bildirir ki, bu təkliflə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, Türkiyə ilə Azərbaycan yaxın və qardaş ölkədir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Türkiyə ilə sərhəddir. Eyni zamanda Türkiyədən Azərbaycana və Azərbaycanda Türkiyəyə çoxlu iş adamları gedib-gəlir: "Ona görə də hesab edirəm ki, iki ölkə arasında viza rejimi ya ləğv edilməlidir, ya da vizanın müddəti 1 ilə qədər uzadılmalıdır. Bu məsələ daim gündəmdə olub, elə indi bunu reallaşdırmağın əsl vaxtıdır".

Xəbər 519 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR