Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması Ermənistan üçün həqiqətən vacibdir. Azərbaycanla bərqərar olmuş sülhün daha da institusionallaşdırılması da eyni dərəcədə vacibdir.
Aktual.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
"Ermənistan hər iki istiqamətdə səmimi səy göstərir. Bu iki komponentin heç biri digəri ilə şərtlənmir, onlar arasında səbəb-nəticə əlaqəsini aşkar etməyə çalışsaq, Türkiyə ilə münasibətlərin tam normallaşmasının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə mənfi təsir göstərməyəcəyi, əksinə, müsbət təsir göstərəcəyi ortaya çıxa bilər. Nəqliyyat infrastrukturunun açılması ilə bağlı olaraq, bu prosesin əsas prinsipləri 8 avqustda Vaşinqtonda keçirilən sülh sammitində razılaşdırılıb: ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsipi. Bu çərçivədə müəyyən edilmiş "Tramp yolu” həm Azərbaycanı Naxçıvanla, həm də Ermənistanı digər ölkələrlə, daha geniş coğrafi miqyasda isə regionları Ermənistan və Azərbaycan vasitəsilə birləşdirəcək. Ermənistan bunu mümkün qədər tez həyata keçirmək üçün fəal səylər göstərir”, - o bildirib.
Xəbər 56 dəfə oxunub.