"Bakı və Astana Rusiya ilə münasibətlərin bərpasında müsbət rol oynayıb".
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, "RİA Novosti"nin verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Soçidə rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra bildirib.
Qeyd edək ki, bir neçə dəqiqə öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında Soçidə keçirilən görüş başa çatıb. Görüş 40 dəqiqə çəkib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu görüşün konstruktiv keçdiyini və regional məsələləri müzakirə etdiklərini bildirib.