İsrail Türkiyə ilə əlaqələri normallaşdırmağa yaxındır.
Aktual.az azvision.az-a istinadən bildirir ki, bu sözləri İsrailin baş naziri Binyamin Netanyahu bildirib.
Baş nazirin sözlərinə görə, Türkiyə və İsrail arasında əlaqələrin normallaşdırılması hər iki ölkənin maraq dairəsindədir.
Daha əvvəl Türkiyə Prezident Administrasiyasının mətbuat xidmətinin rəhbəri İbrahim Kalın bəyan etmişdi ki, Türkiyə və İsrail arasında əlaqələrin normallaşdırılmasına dair danışıqların davam edir.