Türkiyə ilə birgə Azərbaycan da bu quruma qoşulur?

Türkiyə ilə birgə Azərbaycan da bu quruma qoşulur?

Azərbaycan, Əlcəzair, Vyetnam, İndoneziya, Suriya, Tailand, Türkiyə, Belarus və ümumilikdə 28 ölkə BRİKS-ə qoşulmaq istəyir.
Aktual.az xəbər verir ki, bu barədə "İzvestiya” diplomatik mənbələrə istinadən yazıb.
Namizədlər və onların qrupa qoşulma formatı ilə bağlı məsələlər BRİKS-in oktyabrda Kazanda keçiriləcək sammitində həll olunacaq.
Məlumata görə, bütün ölkələr rəsmi olaraq ərizə təqdim etməyiblər. Bundan əlavə, hamı assosiasiyanın tamhüquqlu üzvü ola bilməyəcək. Ona görə də Rusiya hazırda "BRİKS-ə üzvlüyün yeni tərəfdaş dövləti” kateqoriyasını inkişaf etdirir.
Bundan əlavə, beynəlxalq aləmdə hələ tam tanınmayan Fələstin də BRİKS-ə qoşulmağa maraq göstərib.
Qeyd edək ki, Türkiyə BRİKS-ə qoşulmaq üçün ərizə ilə müraciət edib.
Xəbər 345 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR