​Türkiyə hökuməti istefaya göndərilib

​Türkiyə hökuməti istefaya göndərilib

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Əhməd Davudoğlunu qəbul edib. "Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, Prezident Sarayında keçirilən görüşdə Ərdoğan baş nazir Davudoğlu tərəfindən təqdim olunan Nazirlər Kabinetinin istefasını qəbul edib. 

Türkiyə Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir: "Bu günə qədər xidmətlərindən dolayı minnətdarlığını bildirən Prezident Ərdoğan baş nazir Davudoğludan yeni hökumət qurulana qədər vəzifəsini davam etdirməsini istəyib".

Aktual.az

Xəbər 524 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR