Türkiyə hökuməti Gürcüstanın Müdafiə Nazirliyinə 100 milyon türk lirəsi (təxminən, 17 milyon dollar) məbləğində qrant ayırıb.
"Report”un yerli bürosu xəbər verir ki, müvafiq saziş Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili və Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında Ankarada imzalanıb.
Hərbi maliyyə əməkdaşlığı haqqında sənədə əsasən, vəsait Gürcüstanın müdafiə sahəsində maddi-texniki bazanın gücləndirilməsinə yönəldiləcək.
Xəbər 411 dəfə oxunub.