Türkiyə hökuməti fövqəladə vəziyyət rejimini daha üç ay müddətinə uzatmaq niyyətindədir.
Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.
Xatırladaq ki, Türkiyədə fövqəladə vəziyyət ötən ilin iyul ayında dövlət çevrilişinə cəhddən sonra 3 ay müddətinə elan edilib, sonradan parlamentin razılığı ilə rejim üç dəfə 3 aylıq müddətə uzadılıb.
"Növbəti dəfə fövqəladə vəziyyət rejiminin 3 ay müddətinə uzadılması təklifi ilə çıxış edəcəyik. Şərtlər imkan verən zaman rejim ləğv olunacaq, lakin indidən dəqiq vaxt söyləmək tezdir”, - B.Yıldırım jurnalistlərlə görüşündə deyib.
Aktual.az
Xəbər 353 dəfə oxunub.