Türkiyə Ermənistanın təxribatını PİSLƏDİ

Türkiyə Ermənistanın təxribatını PİSLƏDİ

Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.
 
Aktual.az xəbər verir ki, iclasda Ukrayna, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət, Yunanıstanla gərginlik və digər mövzular müzakirə edilib.
 
Görüşdən sonra yayılan bəyanatda Ermənistanın Azərbaycana qarşı təxribatı pislənilib.
 
Bildirilib ki, Ermənistan ona verilən sülh fürsətindən istifadə etməli və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.
 
Bəyanatda Kipr türklərinin hüquqlarının müdafiəsi fəaliyyətlərinin davam ediləcəyi də vurğulanıb və bütün ölkələrə Şimali Kipir Türk Respublikasının müstəqilliyini tanımağa çağırış edilib.
Xəbər 402 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR