Türkiyədə 2015-ci ilin yanvarından bu günə kimi 1220 İŞİD üzvü saxlanıb.
Aktual.az axar.az-a istinadən bildiir ki, bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb.
Xəbərə görə, İŞİD-lə mübarizə tədbirləri çərçivəsində 1 yanvar-31 dekabr 2015-ci il tarixlərində 961, 1 yanvar-21 fevral 2016-cı il tarixlərində isə 259 (yanvar 178, fevral 81) nəfər olmaqla 1220 terrorçu Türkiyə-Suriya sərhədini qanunsuz yolla keçməyə cəhd göstərərkən yaxalanıb.
Bu ilin fevralında tutulan İŞİD üzvlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 dəfə çox olub.