“Türkiyə dəfələrlə Rusiyaya xəbərdarlıq göndərib” - Turçinov

“Türkiyə dəfələrlə Rusiyaya xəbərdarlıq göndərib”   - Turçinov
  • DÜNYA

“Türkiyə Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə vasitələri peşəkar səviyyədə və suveren hava məkanı başqa dövlətin təyyarələri tərəfindən pozulan istənilən sivilizasiyalı ölkənin müvafiq hərbi bölmələri kimi hərəkət ediblər”.

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bu bəyanatla çıxış edib. Türkiyə hava sərhədini pozan Rusiya hərbi təyyarəsinin vurulmasına münasibət bildirən A. Turçinov qeyd edib ki, Türkiyə tərəfi atəş açmazdan əvvəl dəfələrlə Rusiya tərəfinə xəbərdarlıq göndərib: “Zərbə endirilməzdən öncə yenə  və bundan sonra Rusiya təyyarəsinə hücum edilib”.

A. Turçinov bəyan edib ki, Ukrayna hava məkanı pozularsa, Ukrayna hərbçiləri də analoji hərəkət edərək ölkəni havada təcavüzdən qorumalıdır.

Xəbər 470 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR