Suriya tərəfindən açılan atəşlə Türkiyə ordusunun bir əsgəri şəhid olub.
Aktual.az xəbər verir ki, Türkiyənin Hatay vilayətində Suriya sərhədində xidmət edən əsgər Gökhan Çakır qarşı tərəfdən açılan güllə ilə şəhid olub.
Atışma zamanı yaralanan əsgər Antakya dövlət xəstəxanasına aparılıb. Bütün müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.