"Türkiyə bu İstiqlal mücadiləsindən də zəfərlə çıxacaq" - Qənirə Paşayeva



Millət vəkili Qənirə Paşayeva Macarıstan keçirilən Turan Qurultayı çərçivəsində qardaş Türkiyənin Türk Dünyası Araşdırmalar Vəqfinin rəhbəri Közhan Yazqan, təşkilatın üzvləri, bir sıra ictimai-siyası xadimlər, QHT, KİV rəhbərləri, aydınları, alimləri, diaspor rəhbərləri ilə görüşdə Türk milləti 100 il sonra yeni bir Çanaqqaladan keçir və zəfər yenə bizim olacaq deyib.

Q. Paşayeva Azərbaycan və Türkiyə bir millət iki dövlətdir deyərək bu birliyin dosta da düşmana da bir məsaj olduğunu söyləyib.

Turan Qurultayının əhəmiyyətindən danışan millət vəkili Q.Paşayeva amma bu gözəl bayramı Azərbaycan və Türkiyə olaraq istədiyimiz sevinclə qarşılaya bilmirik çünki Azərbaycan torpaqlarımızın 20 faizi hələ də Ermənistanın işğalı altındadır və biz işğal altındakı o gözəl bölgələrimizdə bayramlarımızı qeyd edə bilmirik, qardaş Türkiyədə isə dövlət çevrilişinin qarşısının alınması, terrorla mübarizədə çoxlu sayda qardaş-bacılarımız həyatını itirib deyən milllət vəkili Q.Paşayeva qardaş Türkiyədə dövlət çevrilişinin qarşısının alınması zamanı və terrorla mübarizədə həyatını itirmiş insanlara Allahdan rəhmət diləyirik deyib.

"Hər zaman qardaş Türkiyəmizin yanındayıq" deyən millət vəkili bir daha belə acı hadisələrin yaşanmamasını diləyib. O, Azərbaycan və qardaş Türkiyənin hər zaman güclü olması ən böyük diləyimizdir deyib. Millət vəkili biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq deyib. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə baş verən hadisələrlə bağlı verdiyi məsajlara xüsusi toxunan millət vəkili Q.Paşayeva cənab Prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və dosta da düşmana da çox önəmli məsaj oldu deyib. Millət vəkili Qənirə Paşayeva, 100 il sonra yeni bir Çanaqqaladan keçirik və inşallah dədələrimiz kimi biz də zəfər qazanacağıq deyib. Yeni İstiqlal mücadiləsindən də Türkiyə, Türk milləti zəfərlə çıxacaq və dünyanın harasında yaşamasından asılı olmayaraq bizim kimi milyonlarla Türk insanı da qardaş Türkiyənin və onun haqlı mübarizəsinin yanındayıq deyib.

Türkiyənin Türk Dünyası Araşdırmalar Vəqfinin rəhbərliyi, bir sıra ictimai-siyası xadimlər, QHT, KİV rəhbərləri, aydınları, alimləri, diaspor rəhbərləri də hər zaman qardaş Azərbaycanın yanındayıq və bundan sonra da qardaşlığımızın daha da gücləndiriməsi istiqamətində çalışmalarımızı daha da artıracağıq deyiblər.

Xəbər 439 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR