Türkiyə bu il 778 əcnəbi terrorçunu deportasiya edib

Türkiyə bu il 778 əcnəbi terrorçunu deportasiya edib
  • DÜNYA

2019-cu ildə Türkiyə 778 əcnəbi döyüşçünü - terrorçunu deportasiya edib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin başçısı Süleyman Soylu bildirib.
"İlin başlanğıcından biz 778 əcnəbi döyüşçünü - terrorçunu öz ölkələrinə göndərdik", - deyə Süleyman Soylu qeyd edib.
Nazirlik rəhbəri həmçinin bildirib ki, ötən il ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları 15 milyard lirə məbləğində 43 milyon marixuana bitkisini müsadirə edib.
Soylunun sözlərinə görə, Türkiyənin təhlükəsizlik qüvvələri son iki il ərzində YPG/PKK terror təşkilatının 2700sığınacağını məhv edib və qruplaşmanın silahlıları tərəfindən istifadə olunan 600 radiostansiyanı müsadirə edib.
Xəbər 352 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR