Türkiyə Azərbaycana qarşı tənqidi yazılar yazan ermənipərəst jurnalist Nil Hauerin ölkəyə girişinə icazə verməyib.
Aktual.az xəbər verir ki, məlumatı kanadalı jurnalist sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, dünən İrəvandan İstanbula gəlib, lakin ona "qara siyahı”da olduğu deyilib və geri, İrəvana qaytarılıb.
Jurnalist yazıb ki, bu qadağanı mübahisələndirəcək. Lakin o, qadağanın "Azərbaycanı tənqid etməsi və Qarabağdakı hadisələrlə bağlı ermənipərəst mövqedən yazılar paylaşması ilə əlaqədar ola biləcəyini” istisna etməyib.
Qeyd edək ki, Nil Hauer sonuncu dəfə COP29-un Azərbaycanda keçirilməsini tənqid edən bir paylaşım edib və ölkəmizi "Qarabağda etnik təmizləmələr aparmaqda” ittiham edib.
Xəbər 46 dəfə oxunub.