Türkiyə Azərbaycana təbii qazın pulunu milli valyutada ödəyə bilər

Türkiyə Azərbaycana təbii qazın pulunu milli valyutada ödəyə bilər

"TANAP Türkiyənin enerji strategiyası çərçivəsində reallaşdırılan ən uğurlu layihələrdən biridir”. 

Aktual..az  APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin Enerji və təbii sərvətlər naziri Berat Albayrak bildirib.

Nazirin sözlərinə görə, "Türk axını” da Türkiyə üçün olduqca önəmli layihədir: "Bu layihənin reallaşdırılması ilə biz Rusiya ilə əlaqələrimizi daha da genişləndirmiş olacağıq”. 

Türkiyənin tranzit potensialını olduqca yüksək qiymətləndirən B.Albayrak qeyd edib ki, ölkəsi regional mərkəzə çevrilib.

Nazir əlavə edib ki, Türkiyə ilə Rusiya idxal olunan təbii qaza görə lirə ilə ödənişlərin edilməsi üçün danışıqlara başlayıb: 

"Bağlı qapılar arxasında bizi təhdid etməyə çalışırlar. Lakin biz heç nədən qorxmuruq. Ümumiyyətlə, Türkiyə iri həcmdə təbii qaz idxal edən ölkələrlə milli valyutada ticarətə başlayır. Bu, olduqca önəmli məsələdir. Artıq bu istiqamətdə Rusiya ilə danışıqlara başlamışıq. Danışıqlara bütün aidiyyəti qurumlar cəlb olunub”.

Qeyd edək ki, Türkiyənin BOTAŞ şirkəti ötən il Azərbaycandan 6,17 mlrd. kubmetr qaz idxal edib. Şirkət bu il Azərbaycandan 0,33 mlrd. kubmetr çox, yəni 6,5 mlrd. kubmetr qaz almaq niyyətindədir.
 
Aktual..az 

Xəbər 427 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR