Türkiyə Azərbaycana 3 milyard dollarlıq helikopter satdı – VİDEO

Türkiyə Azərbaycana 3 milyard dollarlıq helikopter satdı   – VİDEO

 

60 ədəd ATAK alınacaq.

Türkiyənin TAİ şirkəti Azərbaycana 3 milyard dollar dəyərində 60 ədəd yeni nəsil T-129 “ATAK” helikopteri satacaq.

 2007-ci ildə İtaliyanın “AgustaWestland” şirkətinə məxsus “A-129 Mangusta” helikopterini yerli şəraitə uyğunlaşdırmaq üçün müqavilə bağlayan Türkiyə artıq helikopterə aid bütün lisenziya hüquqlarını da alıb.

Belə ki, TUSAŞ-ASELSAN-AgustaWestland şirkətlərinin 3 milyard dollarlıq müqaviləsi nəticəsində hazırlayan yeni helikopterə “T-129 ATAK” adı verilib.

Helikopter ilk uçuşunu 2011-ci ildə həyata keçirib. Helikopterin detallarının 60%-i Türkiyədə hazırlanır.

Türkiyə mətbuatı yazır ki, yeni helikopterin ilk müştərisi Azərbaycan olub.

Bildirilir ki, rəsmi Bakı bu döyüş maşını üçün 3 milyard dollar dəyərində müqavilə imzalayıb və TAİ şirkəti Azərbaycana 60 ədəd ATAK satacaq.

Bundan başqa, şirkət helikopterin satışı istiqamətində Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Pakistan və İordaniya ilə danışıqlar aparır.\oxu.az

Xəbər 616 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR