Türkiyə Avropa ölkələri ilə viza rejimini ləğv etdi

Türkiyə Avropa ölkələri ilə viza rejimini ləğv etdi

Türkiyə Şengen zonası dövlətləri üçün vizaları ləğv edib.

Aktual.az Azvision.az-a  istinadən xəbər verir ki, bu barədə qərar hökumətin rəsmi orqanı olan “Resmi Gazete”də çap olunub.

Qeyd olunub ki, qərar Türkiyə vətəndaşlarının Şengen zonasına vizasız gediş-gəlişi barədə Avropa Komissiyasının qərarından sonra qüvvəyə minəcək. Sabah Avropa İttifaqı Türkiyə üçün vizasız rejimin tətbiqini təsdiq etməlidir. 

Sənəd təsdiqləndiyi halda, iyunun 30-da Türkiyə vətəndaşları üçün Şengen vizasının ləğv ediləcəyi ilə nəticələnəcək.

Türkiyənin qərarını alqışlayan Avropa Komissiyasının nümayəndəsi Marqaritis Sxinas deyib ki, bu günə kimi Türkiyə 11 Aİ ölkəsinə viza rejimi tətbiq edirdi.

Qeyd edək ki, Türkiyə hökuməti bu qərarı "Xaricilərin beynəlxalq müdafiəsi haqqında" qanuna əsasən qəbul edib. Türkiyə vətəndaşlarına vizasız rejimin tətbiq olunması mart ayında Aİ ilə Ankara arasında bağlanmış sazişin bir hissəsidir.

Bu razılaşmaya əsasən, Türkiyə ərazisindən Yunanıstana daxil olan bütün qeyri-leqal miqrantlar Türkiyəyə geri qaytarılacaq və leqal Suriya qaçqınları ilə dəyişdiriləcək. Bu razılaşma əsasında Türkiyə 3 milyard avro alacaq.

Xəbər 367 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR